Paytaxtın Badamdar qəsəbəsini Əhməd Cavad (Nizami Bağı) küçəsi ilə əlaqələndirən 31 nömrəli marşrutda istismar olunan bütün avtobuslar yenilənir.
Yerüstü Nəqliyyat Agentliyinin məlumatına görə, 4 komfortlu və irututumlu avtobusa daha 6-sı əlavə olunaraq xətt üzrə 10 müasir 2025-ci il Çin istehsalı olan “Yutong” markalı avtobus sərnişinlərə xidmət göstərəcək.
Dekabrın 2-dən fəaliyyətə başlayacaq avtobuslar ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub. Avtobuslarda gedişhaqqı 0.60 AZN təşkil edəcək, ödənişlər nağdsız qaydada həyata keçiriləcək.
Qeyd edək ki, vətəndaşların rahatlığı, onlara keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədi ilə avtobus parkının yenilənməsi AYNA tərəfindən diqqətdə saxlanılır.