Yermakın ölkəni tərk etməsinə qadağa qoyuldu

20:00 1 Dekabr 2025

Ukrayna Prezident Ofisinin keçmiş rəhbəri Andrey Yermakın ölkəni tərk etməsinə qadağa qoyulub.

 
Sitat.info xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko məlumat verib.
 
"Sərhəd-keçid məntəqələri Andrey Yermakın Ukraynadan çıxışına qadağa qoyulması barədə məktub alıblar", – deputat bildirib.
 
Qeyd edək ki, 28 noyabrda antikorrupsiya qurumlarının evində və ofisində axtarış aparması fonunda Andrey Yermak istefa verib.



Xəbər xətti