Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn namizədini açıqlayıb.
Sitat.info xəbər verir ki, o, Qaynarinfo-ya açıqlamasında AXP-nin qurultayında hazırda partiyanın səlahiyyətlərini icra edən Qiyas Sadıqova dəstək verəcəyini bildirib:
"Namizədlər olacaq, amma mənim namizədim, müavinim Qiyas Sadıqovdur”.
Xatırladaq ki, Azərbaycan Xalq Partiyasının (AXP) növbəti qurultayının dekabr ayının 14-də keçiriləcəyi planlaşdırır.