Azərbaycan millisi FİFA turnirinin qalibi oldu

20:00 2 Dekabr 2025

Banqladeşdə təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası “FIFA Tri Nations Women’s Football Series 2025” turnirində ikinci oyununu keçirib.

Sitat.info xəbər verir ki, millimiz paytaxt Dəkkədə Banqladeş seçməsi ilə qarşılaşıb. Görüş millimizin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

İlk matçda Malayziya yığması üzərində 2:0 hesablı qələbə qazanan Siyasət Əsgərovun komandası bugünkü nəticədən sonra 6 xalla turnirin qalibi olub.



Xəbər xətti