Rusiya Ukrayna ətrafındakı vəziyyəti sülh yolu ilə həll etməyə hazırdır, lakin Avropa Birliyi və Kiyevdən oxşar öhdəlik görmür.
Sitat.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
"Sülh istəyirik və məqsədlərimizə sülh yolu ilə nail olmaq istəyirik. Təəssüf ki, bu dinc vasitələr və siyasi danışıqlar yolu avropalılar və ukraynalılar tərəfindən rədd edilir. Buna görə də Prezident Vladimir Putin xüsusi hərbi əməliyyata başlamaq qərarına gəlib", - o qeyd edib.