Azərbaycanın ÜTT-yə üzvlüyü müzakirə edildi

19:23 5 Dekabr 2025

Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olmasına hazırlıq işləri üzrə Komissiyanın iclasında bu sahədə görülən işlər müzakirə edilib.

 

Sitat.info xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesabında paylaşım edib.

 

“Rəqabət qabiliyyətli yerli istehsalın inkişafı və ixrac imkanlarının genişləndirilməsi kimi istiqamətləri nəzərdən keçirərək təşkilata üzvolma prosesi çərçivəsində aparılan danışıqlarda atılacaq növbəti addımları qərarlaşdırdıq”, - nazir vurğulayıb.



Xəbər xətti