Ermənistan və Azərbaycan arasında sülh sazişi yeni imkanlar açır

19:48 5 Dekabr 2025

Ermənistan və Azərbaycan arasında sülh sazişi Transxəzər marşrutunun inkişafı üçün böyük perspektivlər yaradır.

 
Sitat.info APA-ya istinadla xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Antoniu Koşta Qazaxıstanın “Silk Way” telekanalına müsahibəsində bildirib.
 
“Aprel ayında keçirilən Aİ–Mərkəzi Asiya sammitində Orta Dəhlizin inkişafını sürətləndirmək barədə razılığa gəlmişdik. Ermənistan və Azərbaycan arasında sülh sazişi də yeni imkanlar açır. Bu, Asiyanı Avropaya birləşdirən və Qara dənizə çıxışı olan Transxəzər marşrutunun tam inkişafı üçün böyük perspektivlər yaradır”, - Koşta qeyd edib.



Xəbər xətti