Bakıda bir ilk: D-8 Gənclər Dialoqu başladı

11:15 6 Dekabr 2025

Dekabrın 6-da Bakı ilk dəfə olaraq D-8 Gənclər Dialoquna ev sahibliyi edir. Tədbir D-8 üzv dövlətlərinin gənclər siyasətinə məsul qurumlarının rəhbərlərini, aparıcı gənclər təşkilatlarının nümayəndələrini, siyasətçiləri və sahə üzrə tanınmış beynəlxalq ekspertləri bir araya gətirib.

Sitat.info xəbər verir ki, forumda 8 ölkədən və Təşkilatın Katibliyindən 30-dan çox xarici nümayəndə, 10-a yaxın peşəkar çıxışçı olmaqla, ümumilikdə 100-dən çox qonaq iştirak edir.

Dialoq Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Gənclər Qlobal Şəhər Gündəliyinin Gələcəyini Formalaşdırır: Sabahın Dayanıqlı və İqlimədavamlı Şəhərləri” mövzusu altında keçirilir.

Tədbirin əsas məqsədi gənclər arasında regional və beynəlxalq əməkdaşlığın gücləndirilməsi, innovasiya və məşğulluq sahəsində gənclərin potensialının artırılması, eləcə də dayanıqlı, inklüziv və davamlı şəhər mühitinin qurulmasında gənclərin rolunun genişləndirilməsidir.

Forum çərçivəsində “İnsan kapitalının inkişafı və dayanıqlı şəhərsalma – Gənclər inkişafın aparıcı gücü kimi”, “Dayanıqlı şəhərsalma: Gənclər və şəhərlərin gələcəyi”, “Ağıllı və inklüziv şəhərlər üçün transformasiya” kimi mövzuların müzakirəsi nəzərdə tutulub.



Xəbər xətti