Gürcüstanda azərbaycanlı deputatın bibisi həbs edildi

14:00 6 Dekabr 2025

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin Antikorrupsiya Agentliyi bölgələrdə keçirdiyi əməliyyatlarda 5 vəzifəli şəxsi korrupsiya ittihamı ilə həbs edib.

 
Sitat.info Gürcüstan mediasına istinadla bildirir ki, həbs edilənlər arasında Marneulidəki 4 saylı orta məktəbin direktoru Dilara Darğallı da var. Onun vətəndaşdan 300 dollar rüşvət tələb etdiyi iddia olunub.
 
Gürcüstan DTX-nin Antikorrupsiya Agentliyinin direktoru Emzar Qaqnidze həbslərlə bağlı açıqlamasında faktla bağlı Cinayət Məcəlləsinin 338-ci maddəsinin birinci hissəsi ilə istintaq aparıldığını deyib.
 
Qeyd edək ki, Dilara Darğallı Gürcüstan parlamentinin azərbaycanlı deputatı Zaur Darğallının bibisidir.



Xəbər xətti