Ötən gecə Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) Ryazan vilayətinə hücumu nəticəsində partlayışlar baş verib.
Sitat.info xəbər verir ki, yerli sakinlər və teleqram kanallarının yaydığı məlumatlara görə, Ryazan və ətraf bölgələrdə partlayış səsləri ilə yanaşı yanğınlar müşahidə olunub.
Qubernator Pavel Malkov bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, gecə ərzində Ryazan regionunda 29 Ukrayna PUA-sı vurulub.
Ukraynanın Ryazan Neft Emalı Zavoduna da zərbə endirdiyi bildirilir. Yanğın və partlayışların zavod ərazisi olduğu qeyd edilir. Yanğının 500-800 metr aralıda çəkilmiş görüntüləri də mövcuddur. Eyni zamanda, yerli sakinlər və media bir neçə PUA-nın yaxınlıqdakı çoxmərtəbəli yaşayış binalarına düşdüyünü deyiblər.
Ryazan Neft Emalı Zavodu Rusiyanın ən böyük neft emalı zavodlarından biridir. A-92/95/98/100 markalı benzin, dizel, reaktiv yanacaq, sıxılmış qaz və digər neft məhsulları istehsal edən zavod ildə 17,1 milyon ton neft emalı edə bilir. İldə orta hesabla 840 min ton aviasiya kerosini istehsal edən zavod Rusiya Hərbi Hava-Kosmik Qüvvələrinin təchizatında iştirak edir.
Məlumatlara görə, 2025-ci ilin əvvəlindən bu, Ryazan NEZ-ə yönəlmiş ən azı doqquzuncu PUA hücumudur. Bu statistika media analizi, rəsmi açıqlamalar və teleqram kanallarının məlumatlarına əsaslanır.
2025-ci ilin noyabr ayında zavodu PUA hücumları nəticəsində fəaliyyətini dayandırmalı olmuşdu. Zavodun əsas xam neft distillə etmə bloku sıradan çıxmış və istehsal bir müddət tam dayanmışdı. Digərlərindən fərqli olaraq həmin hücumda zavodun təmir və bərpa işləri uzun sürmüş, məhsul istehsalı yalnız qismən və mərhələli şəkildə bərpa olunmuşdu. Son hücum yazan NEZ-in strateji əhəmiyyəti və Rusiyanın yanacaq təchizatına bir daha təsir göstərib.