İran XİN: “Azərbaycan və Ermənistan arasındakı sülh prosesini dəstəkləyirik”

14:28 8 Dekabr 2025

Bu gün İranın xarici işlər naziri Abbas Əraqçı Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında bölgədə sülh gündəminə dair açıqlama verib.

Sitat.info xəbər verir ki, Əraqçı  İran Azərbaycan–Ermənistan sülh prosesini dəstəklədiyini və alqışladığını bildirib.

O, regional əməkdaşlığı hədəfləyən “3+3” platformasının əhəmiyyətini xüsusi vurğulayıb.

Nazirin sözlərinə görə, Azərbaycanın növbəti “3+3” formatı görüşünün Bakıda, daha sonrakı toplantının isə İrəvanda keçirilməsi ilə bağlı irəli sürdüyü təklif konstruktiv təşəbbüsdür: “Bu təklifi dəstəkləyirik və hesab edirik ki, həmin addım 3+3 mexanizmini gücləndirə və onu daha effektiv edə bilər”.

Tehran,

Sitat.info



Xəbər xətti