Macarıstan Baş naziri Viktor Orban Rusiya-Ukrayna müharibəsinə son qoymaq səylərini şərh edib.
Sitat.info xarici mətbuata istinadən xəbər verir ki, Orban Türkiyəyə səfəri zamanı Budapeşt-Ankara münasibətlərini qiymətləndirib:
"Türklər də bizim kimidir. Onlar bilirlər ki, müharibədə yalnız məğlublar olur. Buna görə də iki ölkə- Türkiyə və Macarıstan sülhü təşviq etmək üçün əməkdaşlıq edir."
Orban bildirib ki, onlar hər il Türkiyə ilə "ən vacib məsələləri" nəzərdən keçirirlər və hazırkı danışıqların dörd əsas məqamının iqtisadiyyat, miqrasiya, Ukraynadakı müharibə və enerji məsələsi olduğunu qeyd edib.
Orban daha ucuz Rusiya qazının Macarıstana yalnız "Türk Axını" vasitəsilə çatdığına diqqət çəkərək, Ukraynadakı müharibənin bu boru kəmərinin əhəmiyyətini artırdığını qeyd edib.
Orban həmçinin vurğulayıb ki, son dörd ildə təkcə Türkiyə Ukrayna taxılının Afrikaya çatdırılması kimi bir neçə vacib müqavilə bağlaya bilib.