Avropa Birliyi bütün üzv dövlətlərin təsdiqinə ehtiyac olmadan Rusiyanın AB-dəki aktivlərini “daimi olaraq dondurmağa” imkan verən hüquqi boşluq tapıb.
Sitat.info xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Brüssel AB-nin təsis sənədlərində təsbit olunmuş müvafiq müddəa tapıb ki, bu da ona “ciddi iqtisadi sarsıntılar” zamanı birgə təsdiqə ehtiyac olmadan tədbirlər tətbiq etməyə imkan verir.
Qeyd edək ki, Rusiyanın Avropada 300 milyarddan artıq vəsaiti olduğu bildirilir. 2022-ci ildə Ukraynaya hücum etməsi səbəbindən Rusiyanın aktivləri dondurulub.