Qazaxıstan Aktau yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı yekun hesabatı dərc etməzdən əvvəl iki xarici laboratoriyanın araşdırma nəticələrini gözləyir.
Sitat.info xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyi məlumat verib.
Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) qaydalarına görə, aviaqəzalarının yekun araşdırma hesabatı hadisənin baş verdiyi tarixdən etibarən 12 ay ərzində dərc olunmalıdır.
Xatırladaq ki, 25 dekabr 2024-cü il tarixində Bakıdan Qroznı istiqamətinə uçan təyyarə Aktau yaxınlığında bir neçə kilometr məsafədə qəzaya uğrayıb. Təyyarədə Azərbaycan, Rusiya, Qırğızıstan və Qazaxıstandan olan 62 sərnişin və 5 ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, iki stüardessa da daxil olmaqla 29 nəfər sağ qalıb.
Qeyd edək ki, qəzanın araşdırma hesabatının dekabr 2025-ci ilə qədər tamamlanması planlaşdırılırdı.