650 abonentin qazı kəsiləcək

15:45 9 Dekabr 2025

Sabah Corat qəsəbəsində 650 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

"Azəriqaz" İB Sumqayıt QİS-dən Sitat.info-ya verilən məlumata görə, Sumqayıt şəhəri, Corat qəsəbəsində yeni çəkilmiş qaz xətlərinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar dekabrın 10-da 650 abonentin qaz təchizatında fasilə olacaq.

Qazın verilişi işlər tamamlandıqdan sonra bərpa ediləcək.



Xəbər xətti