Gürcüstanda ali təhsil pulsuz olacaq

17:35 9 Dekabr 2025

Gürcüstanın dövlət universitetlərinə qəbul olunanlar üçün təhsil haqqı magistr səviyyəsində də pulsuz olacaq.

Sitat.info xəbər verir ki, müvafiq dəyişikliklər Təhsil, Elm və Gənclər İşləri nazirinin müavini Zviad Qabisoniyanın Gürcüstan qanunvericilərinə təqdim etdiyi “Ali Təhsil Qanunu”na edilən düzəlişlər paketində yer alıb.

"Biz ali təhsili tamamilə pulsuz edirik. Bu, dövlət universitetlərində tam maliyyələşdirilən model deməkdir. Hazırkı qrant modeli tam dövlət maliyyələşdirməsinə keçidlə əvəz olunacaq. Bu o deməkdir ki, mövcud kvota sistemi ilə dövlət ali təhsil müəssisələrinə qəbul olunan tələbələr həm bakalavr, həm də magistr səviyyələrində tamamilə pulsuz təhsil ala biləcəklər", - Qabisoniya bildirib.



Xəbər xətti