Bakının Bakıxanov qəsəbəsindəki evdə baş verən partlayış nəticəsində zərərçəkənlərdən biri vəfat edib.
Sitat.info xəbər verir ki, bu barədə Sabunçu Tibb Mərkəzindən bildirilib.
"Anesteziologiya və reanimasiya şöbəsində olan zərərçəkən bud sümüyünün sınığı, sağ bazu sümüyünün sınığı, sol çiyin çıxığı, ağır kəllə-beyin travması və üz və ətrafların ikinci dərəcəli yanıqları ilə xəstəxanaya yerləşdirilib. Reanimasiya tədbirlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb", - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, ölən şəxsin partlayış baş verən mənzildə usta kimi çalışdığı bildirilir