ABŞ-dan bu ölkələrə çağırış: Dərhal dayandırın!

20:20 9 Dekabr 2025

ABŞ Kamboca-Tailand sərhədində davam edən döyüşlərdən narahatdır.

Sitat.info xəbər verir ki, bu açıqlama ilə ABŞ dövlət katibi Marko Rubio çıxış edib.
 
“Biz hərbi əməliyyatların dərhal dayandırılmasına, mülki şəxslərin müdafiəsinə və 26 oktyabr Kuala-Lumpur sülh razılaşmalarında qeyd olunan gərginliyin azaldılması tədbirlərinə qayıtmağa çağırırıq” - Rubio qeyd edib.
 
Dekabrın 7-dən etibarən Tayland-Kamboca sərhədində silahlı toqquşma yenidən başlayıb. Tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham edib.



Xəbər xətti