150-dən çox rusiyalı İrəvanda pis hava şəraiti səbəbindən uçuşun 16 saat gecikməsinə görə qapalı vəziyyətdə qalıb.
Sitat.info xəbər verir ki, bu barədə SHOT Teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, turistlər acdır və onlara hətta su da verilmir.
Məlumata görə, Ural Hava Yollarına məxsus reys saat 2:30-a planlaşdırılsa da, saat 19:00-a dəyişdirilib.
Uzun gözləmədən sonra nəhayət, hava yollarının əməkdaşları izdihamın qarşısına çıxıb və turistlərin iğtişaş törətməməsi üçün onlardan hava limanını tərk etməyi xahiş ediblər.
Nəşr qeyd edir ki, ruslara yaxınlıqdakı oteldə guya “lüks otaqlar” veriləcəyi bildirilib. Sərnişinlər indi aviaşirkətdən şikayət edərək, hava limanında iğtişaşlar törədir və uçuşlarını gözləyirlər.