Zelenskidən etiraf: "Ukraynanın NATO-ya qoşulmaq şansının olmadığını bilirik"

13:26 10 Dekabr 2025

"Nə ABŞ, nə də bir neçə başqa ölkə hələlik Ukraynanı ittifaqda görmür".

Sitat.info xəbər verir ki, bu sözləri Vladimir Zelenski bildirib. 

 Zelenski etiraf edib ki, Ukraynanın Şimali Atlantika Alyansına qoşulmaq şansı hələlik yoxdur.

"Biz realistik. Biz həqiqətən NATO-ya qoşulmaq istəyirik - bu, ədalətlidir. Amma biz dəqiq bilirik ki, nə ABŞ, nə də bir neçə başqa ölkə hələlik Ukraynanı ittifaqda görmür. Əlbəttə ki, Rusiya bizi orada heç vaxt görməyəcək" -Zelenski deyib. 

O, həmçinin Ukraynada seçkilər keçirməyə hazır olduğunu bir daha təkrarlayıb.

Zelenskinin sözlərinə görə, səsvermə növbəti 60-90 gün ərzində hazırlana bilər. Daha əvvəl Ukrayna Mərkəzi Seçki Komissiyasının rəhbəri Oleq Didenko hərbi əməliyyatların dayandırılmasından sonra seçkilərin təşkilinin üç aydan çox vaxt aparacağını bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik TASS-a verdiyi müsahibədə Zelenskinin seçki keçirilməsi ilə bağlı dediklərini blef və qaydaların manipulyasiyası adlandırıb.

Tehran,

Sitat.info 



Xəbər xətti