Sabah Binəqədi və Sabunçu rayonlarının bəzi ərazilərində qazın verilməsində fasilə yaranacaq.
Bu barədə "Azəriqaz” İstehsalat Birliyi (İB) məlumat yayıb.
Bildirilib ki, Binəqədi rayonunda korroziyaya uğramış qaz xəttinin ləğv olunması və yeni çəkilmiş yerüstü xəttin mənbəyə qoşulması, Sabunçu rayonunda qeyri-yaşayış sahəsinə təbii qazın verilməsi ilə əlaqədar saat 10:00-dan etibarən bəzi ərazilərin qaz təchizatı müvəqqəti dayandırılacaq.