İtaliyanın Baş naziri Corciya Meloni Ukrayna lideri Volodimir Zelenski ilə görüşdə ona sülh sazişi çərçivəsində Rusiyaya mümkün “ağrılı güzəştlər” barədə eyham vurub.
Sitat.info xəbər verir ki, bu barədə “Corriere della Sera” qəzeti məlumat yayıb.
“Baş nazir tərəfindən Ukrayna lideri ilə aparılan söhbət səmimi idi. Meloninin əsas mesajı isə bu idi: “Nəzərə alın ki, bəzi ağrılı güzəştlərə getməli ola bilərsiniz”, – deyə nəşr yazıb.
Xatırladaq ki, ABŞ-nin hazırladığı sülh planında Ukraynanın Donbası (Donetsk və Luqansk vilayətləri) Rusiyaya güzəştə getməsinə dair müddəalar yer alıb.