Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Beynəlxalq Sülh və Güvən Forumu”nda iştirak etmək üçün 11-12 dekabr tarixlərində Türkmənistana səfər edəcək.
Sitat.info xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran sosial media hesabında yazıb.
“Prezidentimiz “Beynəlxalq Sülh və Güvən Forumu”nda çıxış edəcək. Onun forumda iştirak edən ölkələrin, xüsusilə ev sahibi Türkmənistanın dövlət və hökumət başçıları ilə görüşləri də gözlənilir”, - o qeyd edib.