"Qarabağ"niyə məğlub oldu? - Tanınmış şərhçidən AÇIQLAMA

14:59 11 Dekabr 2025

"Həqiqəqtəndə acınacaqlı, məyusedici məğlubiyyət oldu. 11 dəqiqəyə 3 qol buraxdıq. Əslində “Qarabağ” çox yaxşı oynadı. Düşünürəm ki, fiziki olaraq gücümüz çatmadı. İlk 11-likdə çıxanlar yoruldular".

Bu sözləri "Sitat.info"ya açıqlamasında tanınmış idman jurnalisti Ceyhun Rzayev deyib.

C.Rzayev komandanın məğlub olmasında  baş məşğqçi Qurban Qurbanovu günahlandırmayıb:  Əvəzetmə də lotoreya kimi bir şeydir, alınanda məşqçi qəhrəman olur, alınmayanda hamı məşqçini qınayır. Əvəzetmələr də özlərini doğrultmadı. Fakt odur ki, Nəriman, Kaşuk heç nə edə bilmədilər. Qarşıda iki oyunumuz var, şansımız qalır. 7 xalı Qurban Qurbanov qazandırıb. Komanda Qurbanov Qurbanovun səhvindən uduzdu demək haqsızlıq olar".

Səid,

Sitat.info




Xəbər xətti