Bu gün Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Dövlət Gömrük Komitəsinin bir qrup yüksək vəzifəli əməkdaşlarını həbs edib.
Sitat.info xəbər verir ki, həbs edilənlər arasında Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəisi Rəşad Daşdəmirov da var.
Onun Gəncənin sabiq icra başçısı Rasim Daşdəmirovun oğlu olduğu bildirilir.