Dövlət Gömrük Komitəsinin saxlanılan daha 3 əməkdaşının kimliyi bilinib.
Sitat.info Lent.az-a istinadla xəbər verir ki, onlar Haşımov Zaur Natiq oğlu, Haqverdiyev Fərrux Haqverdi oğlu və Məhərrəmov Fariz Ramiz oğludur.
Qeyd edək ki, onlar da digər həmkarları kimi qaçaqmalçılıq və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunurlar. Saxlanılanların hər biri barəsində həbs qətimkan tədbiri seçilib.