Azərbaycan və Macarıstanın xarici işlər nazirləri Ceyhun Bayramovla Peter Siyarto Strateji Dialoqun 3-cü görüşündən sonra mətbuata birgə bəyanatla çıxış ediblər.
Sitat.info xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Tərəflər siyasi, iqtisadi, enerji, nəqliyyat, ekoloji və humanitar əməkdaşlıq sahələrində əldə olunan irəliləyişi nəzərdən keçirərək Azərbaycan və Macarıstan arasında strateji tərəfdaşlığın davamlı gücləndirilməsini vurğulayıblar.
Qeyd olunub ki, görüş zamanı əldə edilən razılaşmalar ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirəcək və geniş regionda sabitlik, əlaqəlilik və dayanıqlı inkişaf təşəbbüslərinə töhfə verəcək.