Sabiq icra başçısı vəfat etdi

09:02 12 Dekabr 2025

Ağsu rayonunun sabiq başçısı Sərdar Məmmədov vəfat edib.

Bu barədə İqtisadiyyat.az-a onun yaxınları məlumat verib.

Bildirilib ki, S.Məmmədov ötən gün uzun sürən xəstəlikdən sonra 80 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Sərdar Əbdülmahmud oğlu Məmmədov 1945-ci ildə anadan olub. O, uzun illər yüksək vəzifələrdə işləyib. 1990-1991-ci illərdə Ağsu Rayon Partiya Komitəsinin Birinci Katibi, 1991-1992-ci illərdə isə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. 1990-1995-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı olub.

Sərdar Məmmədov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 3 saylı Dağlıq Şirvan Regional Bölməsinin rəisi Səfər Məmmədovun atasıdır.



Xəbər xətti