Türkiyənin aparıcı müdafiə sənayesi şirkəti Azərbaycanda fəaliyyətə başlayıb

14:26 12 Dekabr 2025

Türkiyənin aparıcı müdafiə sənayesi şirkəti Azərbaycanda fəaliyyətə başlayıb.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Dost və qardaş Azərbaycanla müdafiə sənayesi sahəsində atılan konkret və strateji addımların bir göstəricisi olaraq Makina və Kimya Sənayesi Anonim Şirkəti (MKE) tərəfindən Azərbaycanda “Makina və Kimya Azerbaijan (MKA)” adı ilə yaradılan və şirkətin xaricdəki ilk filialı olma xüsusiyyətini daşıyan müəssisə fəaliyyətə başlayıb”, - nazirliyin açıqlamasında qeyd olunub./APA



Xəbər xətti