Ukrayna Xəzər dənizində Rusiyaya məxsus iki gəmini vurub

16:06 12 Dekabr 2025

Ukrayna Xəzər dənizində Rusiyaya məxsus iki gəmini hədəfə alıb.

Sitat.info xəbər verir ki, bu barədə Ukrayna Xüsusi Əməliyyat Qüvvələri məlumat yayıb.

Məlumata görə, Ukrayna Xüsusi Əməliyyat Qüvvələri “Qara qığılcım” müqavimət mərkəzi ilə əməkdaşlıq nəticəsində Rusiyaya məxsus - “Bəstəkar Raxmaninov” və “Askar-Sarıca” iki gəmi Xəzər dənizinin Kalmıkiya Respublikası sahilləri yaxınlığında vurulub.

Sözügedən gəmilərin İran və Rusiya arasında hərbi yük daşımasında iştirak etdiklərinə görə ABŞ sanksiyaları altında olduğu bildirilib./APA



Xəbər xətti