Şəhid ailələrinə daha bir GÜZƏŞT

16:17 12 Dekabr 2025

Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi üzrə dövlət rüsumundan azadolmaların siyahısı genişləndiriləcək.

Sitat.info-nun əlumatına görə, bu məsələ Milli Məclisin növbəti plenar iclasının gündəliyinə daxil edilən qanun layihəsində öz əksini tapıb.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini), o cümlədən Çernobil AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirməklə əlaqədar əlilliyi müəyyən edilmiş, habelə şəhid ailəsi statusu almış şəxslərdən bu Qanunun 26-cı maddəsində göstərilən xidmətlər və hüquqi hərəkətlər üçün dövlət rüsumu tutulmayacaq.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün,müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini), o cümlədən Çernobil AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirməklə əlaqədar əlilliyi müəyyən edilmiş, habelə şəhid ailəsi statusu almış şəxslərin bu Qanunun 6.1-ci maddəsində göstərilən xidmətlər və hüquqi hərəkətlər üçün dövlət rüsumundan azad olunması məsələsi yuxarısakı qayda ilə tənzimlənəcək.



Xəbər xətti