Yas mərasimində 20-dən çox şəxs dəm qazından zəhərləndi

19:13 12 Dekabr 2025

Naxçıvan Muxtar Respublikasında (MR) 20-dən çox şəxs yas mərasimində dəm qazından zəhərlənib.

 
Sitat.info-nun Report-a istinadən məlumatına görə, hadisə Babək rayonunun Kültəpə kəndində baş verib.
 
İlkin məlumata görə, 20-dən çox şəxs dəm qazından zəhərlənib. Zərərçəkmişlər Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinə yerləşdirilib, müalicələri davam etdirilir.



Xəbər xətti