Türkiyə Ukrayna danışıqlarına ev sahibliyi etmək istəyir

19:35 12 Dekabr 2025

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aşqabadda rusiyalı həmkarı Vladimir Putinlə görüşündə Türkiyənin Ukrayna üzrə istənilən formatda danışıqlara ev sahibliyi etməyə hazır olduğunu bildirib.

Sitat.info xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

“Türkiyə Prezidenti Ankaranın müharibənin dayandırılması üzrə danışıqlar prosesini diqqətlə izlədiyini və bu kontekstdə Türkiyənin istənilən formatda danışıqlara ev sahibliyi etməyə hazır olduğunu qeyd edib”, – deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, prezidentlər arasındakı görüş Putin Aşqabada gəldikdən sonra baş tutub.



Xəbər xətti