Tezliklə Bakı-Tbilisi-Qars layihəsinin açılışı olacaq - Nazir

14:20 13 Dekabr 2025

Azərbaycan, Türkiyə və Gürcüstan tezliklə tarixi Bakı-Tbilisi-Qars layihəsinin açılışını qeyd edəcəklər.

Sitat.info Modern az-a istinadən xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ölkənin Birinci kanalının efirində bildirib.

Onun sözlərinə görə, layihə həm Gürcüstan, həm də region üçün çox vacib rol oynayacaq.

"Düşünürəm ki, çox tezliklə bütün region - Azərbaycan, Türkiyə və Gürcüstan həm ölkəmiz, həm də region üçün çox vacib rol oynayacaq tarixi Bakı-Tbilisi-Qars layihəsinin açılışını qeyd edəcəklər. Bu layihənin möhtəşəm açılışı çox tezliklə baş tutacaq", - Kvrivişvili bildirib.

Bakı-Tbilisi-Qars dəmir yolu əsasən yükdaşımalar üçün istifadə olunur.



Xəbər xətti