Şirvanda hamamda yıxılan qadın öldü

17:30 13 Dekabr 2025

Şirvanda hamamda yıxılan qadın ölüb.
 
Sitat.info "Unikal"a istinadən xəbər verir ki, hadisə şəhərin L.İbrahimov küçəsində qeydə alınıb.
 
67 yaşlı Xuraman Nəsir qızı Səfərova noyabrın 27-də yaşadığı evin hamam otağında yıxılıb. Xəstəxanaya yerləşdirilən qadın dekabrın 12-də orada ölüb.
 
Faktla bağlı Şirvan şəhər Prokurorluğu araşdırma aparır.



Xəbər xətti