Narahatlığa heç bir əsas yoxdur! - MN

09:35 15 Dekabr 2025

15-19 dekabr tarixlərində Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla məhv edilməsi prosesi həyata keçiriləcək.

Sitat.info xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

“Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, - məlumatda deyilir.



Xəbər xətti