Xalq artisti reabilitasiya mərkəzinə yerləşdirildi

12:41 15 Dekabr 2025

Xalq artisti Fatma Mahmmudova reabilitasiya mərkəzinə yerləşdirilib.

Sitat.info xəbər verir ki, bu haqda Əməkdar artist Kubra Əliyeva paylaşım edib.

O bildirib ki, aktrisa müalicəsini mərkəzdə davam etdirir.

Əli zədələnən F.Mahmudova artıq sağaldığını bildirib:

“Əvvəl əlimi işlədə bilmirdim, indi yaxşıdır”.

Qeyd edək ki, F.Mahmudova bir neçə dəfə insult keçirib. Sonuncu dəfə o, bu ilin yazında insult keçirtmiş və xəstəxanaya yerləşdirilmişdi.



Xəbər xətti