Avropa İttifaqı 2 Azərbaycan vətəndaşına qarşı sanskiya tətbiq edib.
Sitat.info xəbər verir ki, bu barədə Aİ Şurasının Avropa İttifaqının Rəsmi Jurnalında məlumat dərc olunmuş qətnaməsində bildirilir.
Məlumatlara görə, Tələt Səfərov və Etibar Əyyub sanksiya siyahısına əlavə ediliblər. Onların sahibi olduqları Coral Energy Group (əvvəllər 2Rivers Group) vasitəsilə Rusiya neftinin daşınması zamanı sanksiyalardan yayınmağa kömək etdiyi iddia olunur. Ümumilikdə, Coral Energy Group 100-dən çox tankerdən ibarət donanmasının olduğu qeyd edilir.
Xatırladaq ki, may ayında Birləşmiş Krallıq da onları sanksiya siyahısına əlavə edib.