Ukrayna Təhlükəsizlik Xidməti (SBU) tərəfindən idarə olunan uzunmənzilli pilotsuz uçuşa aparatları (PUA) bu ay ərzində üçüncü dəfə Rusiyanın Xəzər dənizindəki obyektlərinə hücumlar həyata keçirib.
Sitat.info xəbər verir ki, bu dəfə zərbə Korçagin neft qaz kondensat yatağındakı platformaya endirilib. Hücum nəticəsində platformanın vacib avadanlığı zədələnib və istehsal prosesləri tamamilə dayandırılıb.
Beynəlxalq xəbər agentlikləri qeyd edir ki, SBU nun elit xüsusi əməliyyat bölməsinin təşkil etdiyi hücumlarda uzaqmənzilli taktiki PUA-lardan istifadə olunub.
Hücumlar Rusiya tərəfindən rəsmi təsdiqlənməsə də, xarici mediada yayılan məlumatlar SBU mənbələrinə istinadla verilir və Rusiyanın enerji obyektlərinə qarşı PUA taktikalarının artdığını göstərir.
Xatırladaq ki, əvvəlki iki hücum dekabrın 11 və 12 də baş vermişdi.
Ayın 11-də SBU PUA-ları “Lukoy”la məxsus Filanovskaya platformasını hədəfə almışdı. 4 dəqiqə davam edən hücum zamanı avadanlıq zədələnməsi nəticədə 20 dən çox quyuda neft və qaz hasilatı dayandırılıbmışdı.
Dekabrın 12-də isə Ukraynanın Xüsusi Əməliyyat Qüvvələri və müttəfiq “Çernaya iskra” qrupu Xəzər dənizində Rusiya sahillərinə yaxın hərəkət edən iki gəmini hədəf almışdı. Xüsusi əməliyyatlar nəticəsində İrana silah daşıdığına görə ABŞ sanksiyalarına məruz qalan “Kompozitor Raxmaninov” və “Askar Sarıdja” adlı iki gəmiyə zərbə endirilmişdi.