Əhalinin nəzərinə: Bu ərazilərə qar yağacaq!

20:00 15 Dekabr 2025

Azərbaycanın rayonlarında dekabrın 16-dan 17-si gündüzədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

 
Sitat.info xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
 
Bildirlib ki, ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli olacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlaması gözlənilir.
 
Çaylarda, xüsusən də Quba-Xaçmaz və Lənkəran-Astara bölgəsi ərazisindən axan bəzi çaylarda sululuğun artacağı ehtimal olunur.



Xəbər xətti