“Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərar layihəsi bu həftə müzakirəyə çıxarılacaq.
Sitat.info Modern.az-a istinadən xəbər verir ki, dekabrın 19-da keçiriləcək Milli Məclisin növbəti plenar iclasının gündəliyinə daxil edilən məsələlərdən biri də “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması ilə bağlı qərar layihəsinin müzakirəsidir.
Qeyd edək ki, dekabrın 15-də Prezident İlham Əliyev “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb.