Elm və Təhsil İșçiləri Həmkarlar İttifaqı Nərimanov Rayon Komitəsinin sədri Kamran Əsədov vəzifəsindən azad edilib.
Sitat.info xəbər verir ki, məlumatı ETİHİ-nin Nərimanov Rayon Komitəsindən Ajans.az-a təsdiqləyiblər.
Bildirilib ki, hazırda sədr vəzifəsini Renata Mənsurova icra edir.
Qeyd edək ki, K.Əsədov sözügedən vəzifəyə bu ilin noyabrın 27-də seçilib. Noyabrın 28-dən fəaliyyətə başlayıb. Dekabrın 12-də isə onun barəsində cinayət işi açıldığına dair məlumat yayılıb. Cinayət işinin ibtidai istintaqı artıq yekunlaşıb. Belə ki, hazırda məhkəmə istintaqı davam edir. Kamran Əsədov tanışı Gündüz Abbasovla birlikdə 2025-ci ildə keçirilən qəbul və buraxılış imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunur. Onlara Cinayət Məcəlləsinin 302.3-cü (gizli informasiya əldə etmək üçün nəzərdə tutulmuş texniki vasitələrin qanunsuz satılması və ya satış məqsədilə əldə edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib.