Avropa aviaşirkətinə məxsus təyyarədən 35 il sonra İLK

18:25 16 Dekabr 2025

İraq Nəqliyyat Nazirliyi Yunanıstanın "Aegean Airlines" aviaşirkətinə məxsus təyyarənin 35 ildə ilk dəfə Bağdad Beynəlxalq Hava Limanına eniş etdiyini bəyan edib.

 
Sitat.info Report-a istinadla xəbər verir ki, bu barədə "Əl-Ərəbiyyə" telekanalı məlumat yayıb.
 
Nazirliyin məlumatına görə, Bağdad–Afina–Bağdad marşrutunda həftədə iki reys həyata keçiriləcək və tələbatdan asılı olaraq reyslərin sayının artması mümkündür.
 
Nazirlik həmçinin qeyd edib ki, bu eniş "İraqın Avropa aviasiya xəritəsinə qayıdışı"nın əlamətidir və "İraq aviasiya sektorunun bərpasında yeni mərhələnin" başlanğıcını qoyub.
 
Bu ilin əvvəlində yunan aviaşirkəti Ərbilə uçuşları başladıb.
 
Xatırladaq ki, Avropa aviaşirkətləri 1990-cı illərin əvvəllindən, İraqın keçmiş prezidenti Səddam Hüseynin qonşu Küveytə müdaxiləsindən bəri təhlükəsizlik səbəbləri ilə Bağdad beynəlxalq hava limanına birbaşa uçuşlar həyata keçirmirdilər.
 



Xəbər xətti