Ermənistanda hərbi xidmətin müddəti azaldıldı

19:37 16 Dekabr 2025

Ermənistan Milli Məclisi məcburi hərbi xidmət müddətinin 6 ay azaldılmasına dair qanun layihəsini ikinci oxunuşda qəbul edib.

Sitat.info xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb.

Məlumata görə, qanun layihəsi 65 lehinə, 4 əleyhinə və 20 bitərəf səslə qəbul edilib.

Beləliklə, 2026-cı il yanvarın 1-dən etibarən Ermənistanda məcburi hərbi xidmətin müddəti 2 il (24 ay) əvəzinə 1.5 il (18 ay) olacaq.

Xidmət müddətinin azaldılması 2026-cı il yanvarın 1-dən etibarən qüvvəyə minəcək.



Xəbər xətti