Bu vitaminlərin çatışmazlığı kökəlməyə səbəb olur

09:30 17 Dekabr 2025

Çəki artımı təkcə çox yeməklə bağlı deyil. Mütəxəssislər bildirir ki, bəzi vitamin və mineralların çatışmazlığı maddələr mübadiləsini zəiflədərək kökəlməyə şərait yarada bilər.

 D vitamini

D vitamini az olduqda yağ mübadiləsi zəifləyir, insulinə həssaslıq azalır. Bu da bədəndə yağ yığılmasını sürətləndirə bilər. D vitamini çatışmazlığı olan şəxslərdə çəki vermək daha çətin olur.

B12 vitamini

B12 enerji mübadiləsində əsas rol oynayır. Çatışmazlıq zamanı halsızlıq yaranır, fiziki aktivlik azalır, nəticədə çəki artımı müşahidə oluna bilər.

 B6 vitamini

Bu vitamin zülal və yağ mübadiləsində iştirak edir. Azlığı zamanı bədəndə maye tutulması və iştahanın artması baş verə bilər.

 Fol turşusu (B9)

B9 vitamini çatışmazlığı maddələr mübadiləsinin yavaşlamasına, insulin balansının pozulmasına səbəb ola bilər.

Maqnezium

Vitamin olmasa da, çox vacib mineraldır. Maqnezium azlığı şəkərə meyli artırır, insulin müqavimətini gücləndirir və kökəlməni asanlaşdırır.

Dəmir

Dəmir çatışmazlığı enerji azlığına, hərəkətsizliyə səbəb olur. Nəticədə kalori sərfi azalır və çəki arta bilər.

Yod

Yod çatışmazlığı qalxanabənzər vəzin fəaliyyətini zəiflədir, maddələr mübadiləsi ləngiyir və kökəlmə baş verir.

Vacib qeyd

Vitamin çatışmazlığı birbaşa kökəlmə yaratmır, amma metabolizmi yavaşladır, iştahanı artıra bilər və fiziki aktivliyi azaldır deyə kökəlməyə gətirib çıxarır. 

Bu səbəbdən çəki artımı olan şəxslərdə qan analizləri (D vitamini, B12, dəmir, TSH və s.) tövsiyə olunur.

Aytac,

Sitat.info

 



Xəbər xətti