Misli Premyer Liqasında I turdan təxirə salınmış “Sabah”–“Qarabağ” matçının təyinatları müəyyənləşib.
Sitat.info Modern.az-a istinadən xəbər verir ki, Peşəkar Futbol Liqasından bildirilib ki, qarşılaşmanın baş hakimi Elçin Məsiyev olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Vüqar Həsənli yerinə yetirəcək.
VAR-da Tural Qurbanov, AVAR-da isə Asiman Əzizli olacaq.
Matç dekabrın 18-də “Bank Respublika Arena”da saat 19:30-da başlayacaq.