FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqladı

19:13 17 Dekabr 2025

FİFA 2026-cı ildə keçiriləcək dünya çempionatının mükafat fondunu Qətərdə keçirilən əvvəlki turnirlə müqayisədə 50% artırdığını açıqlayıb.

Sitat.info xəbər verir ki, FİFA şurasının Dohada keçirilən iclasından sonra 2026-cı il dünya çempionatının nəticələrinə görə təşkilatın üzvləri arasında rekord məbləğdə - 727 milyon dollar paylanacağı bildirilib.

Bu məbləğin 655 milyon dolları turnirdə iştirak edən ölkələr üçün pul mükafatı olacaq.

Dünya çempionatında qalib gələn komanda 50 milyon dollar, ikinci 33 milyon dollar, üçüncü yer 29 milyon dollar, dördüncü yer 27 milyon dollar, beşinci-səkkizinci yer 19 milyon dollar, 9-16-cı yer 15 milyon dollar, 17-32-ci yer 11 milyon dollar, 33-48 yer 9 milyon dollar mükafat alacaq.

Bundan əlavə, hər bir seçmə komanda turnirə hazırlıq xərclərini ödəmək üçün 1,5 milyon dollar alacaq. Bu o deməkdir ki, bütün komandalara 2026-cı il dünya çempionatında iştirak üçün ən azı 10,5 milyon dollar zəmanət verilir.



Xəbər xətti