ABŞ Prezidenti Donald Tramp 2025-ci ildə ilk prezidentlik dönəmindən daha çox icra sənədi imzalayıb.
Sitat.info xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.
Belə ki, dekabrın 15-də Tramp fentanil adlı narkotik maddəni “kütləvi qırğın silahı” elan edən fərman imzalayıb. Bu fərman Trampın ikinci müddətinin 221-ci fərmanı idi.
Nəşr qeyd edir ki, Trump-ın icra sərəncamlarının təxminən dörddə biri “ticarət və ya daha geniş iqtisadi siyasət”ə yönəldilib, əhəmiyyətli hissələr xarici işlər və bürokratiya, hərbi və xarici siyasət, eləcə də irqi və mədəni məsələlərlə məşğul olub.