SON DƏQİQƏ! Azərbaycan Ermənistana AI-95 markalı benzin ixrac edir

12:30 18 Dekabr 2025

Azərbaycan tərəfindən Ermənistana AI-95 markalı benzin ixracı həyata keçirilib.

Sitat.info xəbər verir ki, SOCAR istehsalı olan yanacaqdan ümumilikdə 22 vaqon göndərilib.

Mənbənin qeyd etdiyinə görə, bu ixrac tamamilə kommersiya xarakteri daşıyır və hər hansı siyasi və ya xüsusi razılaşma çərçivəsində həyata keçirilmir. Tədarük bazar prinsiplərinə uyğun olaraq reallaşıb.

Xatırladaq ki, 28 gün əvvəl Azərbaycan və Ermənistanın birinci vitse-premyerləri Şahin Mustafayev və Mher Qriqoryan arasında keçirilən görüşdə ticarət-iqtisadi əlaqələr, o cümlədən qarşılıqlı ixrac məsələləri müzakirə olunmuşdu. Həmin görüşdə tərəflər kommersiya əsaslı əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulamışdılar.

Məlumata görə, AI-95 markalı benzinin ixracı regionda enerji bazarında formalaşan mövcud tələbat fonunda həyata keçirilib və proses neytral, açıq bazar mexanizmlərinə uyğun şəkildə icra olunub.



Xəbər xətti