Avropa İttifaqının (Aİ) sammitində iştirak etmək üçün Brüsselə səfər edən Slovakiyanın Baş naziri Robert Fitsonun təyyarəsi hava limanında zədələnib.
Sitat.info xəbər verir ki, bu barədə Baş nazir özü feysbuk hesabında məlumat yayıb.
“Brüsseldə keçiriləcək mürəkkəb sammit pis başladı. Aeroportda maşın (trap-red.) təyyarəmizi elə zədələdi ki, o, uçuş üçün yararsız hala düşdü”, - paylaşımda deyilir.
Qeyd edək ki, Aİ-nin bu il üçün sonuncu sammiti 18-19 dekabr tarixlərində Brüsseldə keçirilir. Sammitdə müxtəlif məsələlər, o cümlədən Kiyev üçün etibarlı təhlükəsizlik zəmanətlərinin hazırlanması, Ukraynanın 2026-2027-ci illər üzrə maliyyələşdirmə mexanizmləri müzakirə olunacaq.